İdman

Azərbaycan – Malta oyununu türkiyəli hakimlər briqadası idarə edəcək

Metbuat.az

Bakı, 26 mart,

AZƏRTAC

Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində martın 28-də keçiriləcək Azərbaycan – Malta oyununu idarə edəcək hakimlər müəyyənləşib.


AZƏRTAC

xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın baş hakimi türkiyəli Halis Özkahya olacaq. Ona həmyerliləri Cem Satman, Ekrem Kan və Kemal Yılmaz kömək edəcəklər.


Görüşün hakim-inspektoru Covanni Boloqnino (İtaliya), UEFA nümayəndəsi Darius Pavel Dziekanovski (Polşa) olacaq.