İdman

Azərbaycan gimnastı “World Challenge Cup” turnirində qızıl medal qazanıb

Metbuat.az

Bakı, 29 mart,

AZƏRTAC

Qətərin paytaxtı Dohada keçirilən idman gimnastikası üzrə “World Challenge Cup” turnirinin növbəti mərhələsində Azərbaycan təmsilçisi Oleq Stepko qızıl medal qazanıb.


Azərbaycan Gimnastika Federasiyasından

AZƏRTAC

-a bildiriblər ki, Oleq Stepko rəqiblərini üstələyərək paralel qollarda birinci yerdə qərarlaşıb. Həmin medal bu növ üzrə mübarizədə Azərbaycan idmançılarının qazandığı ilk qızıldır.


Turnirdə Kolumbiya təmsilçisi ikinci, rumıniyalı idmançı isə üçüncü olub.