İdman

Azərbaycan gimnastı Fransada bir dəst medal qazanıb

Metbuat.az

Bakı, 23 mart,

AZƏRTAC

Fransanın Tye şəhərində bədii gimnastika üzrə Qran-pri yarışı başa çatıb.


AZƏRTAC

xəbər verir ki, Azərbaycan gimnastı Marina Durunda yarışda bir dəst medal qazanıb.


Gimnastımız gürzlərlə yarışda qızıl, lentlə gümüş, halqa ilə mübarizədə bürünc medala sahib olub.


Azərbaycanın qrup komandası isə ikinövçülükdə üçüncü olub.