İdman
Milli.Az
Azərbaycan gimnastı Dünya Kubokunun gümüş medalını qazandı
Almaniyanın Kottbus şəhərində yekunlaşan idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan gimnastı
Kristina Pravdinagümüş medal qazandı.
Bu barədə
TrendAzərbaycan Gimnastika Federasiyasına istinadən məlumat verib.
Yarışın birinci günü müxtəlif hündürlüklü qollarda yüksək nəticə göstərən Kristina finala çıxmağa müvəffəq oldu.
Bu alətlə finalda gimnastımız rəqibini geridə qoyaraq, 2-ci yerdə qərarlaşdı. Birinci yeri İsveç gimnastı Adlerteq, bürünc medalı isə Portuqaliya təmsilçisi Martins qazandı.
Milli.Az