İdman

Azərbaycan cüdoçusu beynəlxalq Qran-pri yarışlarının qalibi olub

Metbuat.az

Bakı, 22 mart,

AZƏRTAC

Tbilisidə cüdo üzrə beynəlxalq Qran-pri yarışlarında tam heyətlə çıxış edən Azərbaycan millisi turnirdə iki medal qazanıb.


AZƏRTAC

xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Tərlan Kərimov (66 kq) isə milli komandamıza bürünc medal qazandırıb.


Turnirə martın 22-də yekun vurulacaq.