İdman
AZƏRTAC
Azərbaycan cüdoçularından Samsun Qran-prisində üç medal
Bakı, 29 mart,
AZƏRTACSamsunda cüdo üzrə beynəlxalq Qran-pri yarışlarının sonuncu günündə - martın 29-da milli komandamızın üzvü Elmar Qasımov (100 kq) qızıl medal qazanıb.
AZƏRTAC
xəbər verir ki, cüdoçumuz Serbiya, Türkiyə, İran və Rusiya idmançılarına qalib gələrək finala yüksəlib. E.Qasımov həlledici görüşdə almaniyalı Karl-Rihard Freydi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Azərbaycan millisi Samsun Qran-pri yarışlarını 2 qızıl (Rüstəm Orucov, 73 kq) və 1 gümüş (Orxan Səfərov, 60 kq) medalla başa vurub.