İdman

Azərbaycan çempionu Avropadan getdi

Metbuat.az

Bu gün qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin cavab matçı keçirilib.



ANS PRESS-in məlumatına görə, Azərbaycan çempionu “Rabitə” Bakıda Krasnodar “Dinamo”sunu qəbul edib.



Avrokubokdakı yeganə təmsilçimiz 0:3 hesabı ilə yenilib. İlk oyunda da 1:3 hesabı ilə uduzan "Rabitə" avrokuboklarsa mübarizəni dayandırıb.



Bununla da klublarımız üçün avrokubokun 2014/2015 mövsümü başa çatıb. “Azərreyl”, “Lokomotiv” və “Azəryol”un ardınca “Rabitə” də qitəmiqyaslı oyunlara vida edib.



CEV kuboku


Yarımfinal


Cavab oyunu



28 mart


Rabitə (Azərbaycan) - Dinamo (Rusiya) 0:3 (23:25, 19:25, 20:25)


Hakimlər: Çavdar Maryev (Belarus), Qyula Tillmann (Macarıstan).


Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi.

Mənbə
ANS PRESS