İdman

Azərbaycan batutçusu “Flower Cup-2015” beynəlxalq turnirinin xüsusi mükafatına sahib olub

Metbuat.az

Bakı, 25 mart,

AZƏRTAC

Niderlandın Alsmer şəhərində “Flower Cup-2015” beynəlxalq turnirində Azərbaycan batutçuları Oleq Piunov və İlya Qrişunin 10 ən yaxşı gimnast arasında yer alıblar.


AZƏRTAC

xəbər verir ki, İ.Qrişunin altıncı, onun komanda yoldaşı O.Piunov isə səkkizinci yerdə qərarlaşıb.


Havada uçuş müddətinə görə, hakimlərdən ən yüksək xal alan O.Piunov yarışın xüsusi mükafatına layiq görülüb.