İdman

Avropa Liqası: "Beşiktaş" ümidini evə bağladı, "Dnepr" yenə bircə qol vurdu

Metbuat.az

Dünən Avropa Liqasında 1/8 finalın ilk oyunları keçirilib.



Qol.az

-ın məlumatına görə, bu mərhələnin bütün görüşləri eyni gündə baş tutub.



Günün ilk qarşılaşması Rusiyada keçirilib. Peterburqda "Zenit" "Torino"nu qəbul edib. Oyun Rusiya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.



1/16 finalda "Liverpul"u mübarizədən kənarlaşdıran Türkiyənin "Beşiktaş" klubu səfərdə "Brügge"nin qonağı olub. İstanbul təmsilçisi ikinci hissənin əvvəlində hesabı açsa da, bu üstünlüyünü qoruya bilməyib və görüşdən məğlub ayrılıb - 1:2.



"Qarabağ"la qrup mərhələsində mübarizə aparmış "Dnepr" klubu öz meydanında "Ayaks"ı sınağa çəkib. Zozulyanın 30-cu dəqiqədə vurduğu qol Ukrayna təmsilçisinə minimal hesablı qələbə qazandırıb - 1:0. İtaliya "İnter"i isə Almaniyada "Volfsburq"un qonağı olub və rəqibinə 1:3 hesabı ilə uduzub.



12 mart

Avropa Liqası, 1/8 finalın ilk oyunları

00:05. "Everton" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:1

Qollar: Qusev, 14 (0:1), Naismit, 39 (1:1), Lukaku, 82-pen (2:1)



00:05. "Fiorentina" (İtaliya) - "Roma" (İtaliya) - 1:1

Qollar: İliçiç, 17 (1:0), Keyta, 77 (1:1)



00:05. "Napoli" (İtaliya) - "Dinamo" (Moskva, Rusiya) - 3:1

Qollar: Kurayni, 2 (0:1), İquain, 25, 30-pen, 55 (3:1)


Qırmızı vərəqə: Zobhin, 46 ("Dinamo")



00:05. "Vilyarreal" (İspaniya) - "Sevilya" (İspaniya) - 1:3

Qollar: Vitolo, 1 (0:1), Mbia, 26 (0:2), Vietto, 48 (1:2), Qameyro, 50 (1:3)



21:00. "Zenit" (Rusiya) - "Torino" (İtaliya) - 2:0

Qollar: Vitsel, 38 (1:0), Krişito, 53 (2:0)



22:00. "Brügge" (Belçika) - "Beşiktaş" (Türkiyə) - 2:1

Qollar: Gökhan Töre, 46 (0:1), De Sutter, 62 (1:1), Refaelov, 78 (2:1)



22:00. "Dnepr" (Ukrayna) - "Ayaks" (Hollandiya) - 1:0

Qol: Zozulya, 30 (1:0)



22:00. "Volfsburq" (Almaniya) - "İnter" (İtaliya) - 3:1

Qollar: Palasio, 6 (0:1), Naldo, 28 (1:1), De Bruyne, 63 (2:1), 76 (3:1)



Milli.Az