İdman

Avropa çempionatının seçmə mərhələsində V turun ilk oyunları keçiriləcək

Metbuat.az

Bakı, 27 mart,

AZƏRTAC

Martın 27-də Avropa çempionatının seçmə mərhələsində V turun ilk oyunları keçiriləcək.


C qrupunda liderlik edən Slovakiya millisi öz meydançasında autsayder Lüksemburq yığması ilə qarşılaşacaq. Turnir cədvəlində 2-3-cü yerləri tutan İspaniya Ukrayna millisini qəbul edəcək. Qrupdakı digər oyun Makedoniya və Belarus komandaları arasında oynanılacaq.


E qrupunda 12 xalla liderlik edən İngiltərə Litva ilə görüşəcək. İsveçrə Estoniya, Sloveniya isə qrup autsayderi San-Marino ilə üz-üzə gələcək.


G qrupunda Rusiya-Monteneqro qarşılaşması daha çox maraq doğurur. Hər iki ölkə millisi eyni xala malikdir. Qrup lideri Avstriya Lixtenşteynin qonağı olacaq. Son pillədə yer alan Moldova İsveçlə qarşılaşacaq.


Azərbaycan millisinin yer aldığı H qrupunun matçları martın 28-də oynanılacaq. Komandamız Tofiq Bəhramov adına respublika stadionunda Malta yığmasını qəbul edəcək. Türkiyəli hakimlər briqadasının idarə edəcəyi oyun saat 21-də başlayacaq.