İdman

AFFA-nın növbəti hesabat konfransı keçirilib

Metbuat.az

Bakı, 6 mart,

AZƏRTAC

Martın 6-da “Park İnn Baku” mehmanxanasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti hesabat konfransı öz işinə başlayıb.


AZƏRTAC

xəbər verir ki, maliyyə hesabatı təqdim olunduqdan sonra “Avro-2020”nin final mərhələsinin oyunlarına Bakı şəhərinin ev sahibliyi etməsi haqqında videoçarx göstərilib.


Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxış edərək Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışmış, ölkə futbolunda kütləviliyin təmin olunması istiqamətində həyata keçirilmiş layihələr barədə məlumat verib.