İdman
Milli.Az
"3 xal milli komandamızın olacaq"
Veteran futbolçu
Aslan Kərimovmilli komandamızın Malta ilə seçmə mərhələ oyunu öncəsi fikirlərini açıqlayıb. Milli.Az
azerisport.az-a istinadən xəbər verir ki, o, bunları söyləyib:
"Bu oyundan gözləntim böyükdür. Qələbə qazanacağımızı düşünürəm. Mənə elə gəlir ki, yığmamız hazırda yaxşı vəziyyətdədir. 3 xal bizim olacaq. Maltalıların Bakıda tam olaraq müdafiə olunacağını düşünmürəm. Onlar da bizimlə oyuna 3 xal qazanmaq gözü ilə baxırlar. Axı Azərbaycan İtaliya və ya Xorvatiya deyil. Onlar da xoşbəxtliyi hücumda axtaracaqlar. Biz də belə olan halda öz qollarımızı vura bilərik. Gürcüstanla yoxlama oyununda Malta o qədər də yaxşı təsir bağışlamadı. Onlar elə də güclü görünmürdülər. Buna görə mütləq 3 xal qazanmalıyıq".
Milli.Az