İdman

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final matçının tarixi dəqiqləşib

Metbuat.az

[ 20 Mart 2015 02:19 ]


Bakı-APA. 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final matçının tarixi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, mundilalın həlledici görüşü dekabrın 18-də baş tutacaq.

“Sky Sports” iddia edir ki, bu haqda FİFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Qeyd edək ki, daha əvvəl FİFA prezidenti Yozef Blatter dünya çempionatının final matçını dekabrın 23-də keçriləcəyini bildirmişdi.