İdman

14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan Çempionatı

Metbuat.az

Respublika Şahmat Mərkəzində keçirilən 14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan Çempionatında 3-cü turun oyunları yekunlaşıb.



18 yaşadək qızlar arasında Aytən Əmrəyeva 3 oyundan 3 xal toplayaraq vahid liderdir. Xatun Bağırova 2.5 xalla 2-ci, Fatimə Əhmədova isə 2 xalla 3-cü yerdədir. Eyni yaş oğlanların çempionatında Zaur Bayramov aktivinə 2.5 xal yazaraq liderdir. Vəli Zeynalzadə və Cavidan Babazadə hərəyə 2 xal toplayaraq 2-3-cü yerləri bölüşdürürlər.



16 yaşadək oğlanların yarışında üç hakimiyyətlilikdir. İsmayıl Şahəliyev, Qulam Məmmədov və Pərviz Qasımov hərəyə 3 xal toplayaraq zirvəni bölüşürlər. Eyni yaşlı qızların mübarizəsində isə Nəzrin Mirzəzadə və Aynur Kətanova 2.5 xal toplayaraq 1-2-ci yerləri bölüşdürürlər. 3-cü yerdə aktivinə 2 xal yazan Nərmin Kərimzadə qərarlaşıb.



14 yaşadək oğlanlar arasında Kənan Qarayev və Murad İbrahimli 3 turdan 3 xal toplayaraq çempionata liderlik edirlər. Eyni yaş qızların çempionatında Xanım Balacayeva 3 oyundan 3 xal toplayaraq hələlik məğlubedilməz yeganə şahmatçıdır. Aytac Heydərova, Səriyyə Zeynalova, Ləman Hüseynova, Aysu İsmayılova və Susan Məmmədova hərəyə 2 xal toplayaraq 2-6-cı yerləri bölüşdürürlər.



Xatırladaq ki, çempionat bütün yaş qruplarında dairəvi sistem üzrə keçirilir və bütün yaş qrupları üzrə 1-ci yeri tutan şahmaçılar Dünya Çempionatına, 2-ci yerin sahibləri isə Avropa Çempionatına vəsiqə əldə edəcəklər.