Bakı, 22 aprel, AZƏRTAC
Danimarkada ATƏT Parlament Assambleyasının büro iclası keçiriləcək. İclasda büro katibliyinin fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq, bəzi qətnamə layihələri və digər sənədlərə dair müzakirələr aparılacaq.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,
deputat Azay Quliyev iclasda iştirak etmək üçün aprelin 25-dən 28-dək Danimarkada səfərdə olacaq.
Səfər çərçivəsində deputat təşkilatın “Helsinki+40” mövzusunda keçiriləcək seminarında da iştirak edəcək.