Hindistan Hərbi Dəniz Qüvvələri və sahil xidməti Qucarat sahillərində göyərtəsində 232 paket heroin olan Pakistan gəmisini saxlayıblar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, aşkarlanmış narkotik vasitələrin dəyəri təqribən 100 milyon dollar qiymətləndirilir.
 
Gəmi aprelin 20-də səhər saatlarında saxlanılıb. Bundan başqa, gəmidə peyk telefonları aşkarlanıb və səkkiz Pakistan vətəndaşı tutulub.

Milli.Az