Bakı, 21 aprel, AZƏRTAC
İspaniya Milli Olimpiya Komitəsi bu ölkəni “Bakı-2015” ilk Avropa Oyunlarında badminton yarışlarında iştirak edəcək idmançıların adını açıqlayıb.
AZƏRTAC “Bakı-2015”in saytına istinadla xəbər verir ki, İspaniyanı fərdi mübarizədə kişilər arasında Pablo Abian, qadınların yarışında isə Klara Azurmendi təmsil edəcəklər. Cütlüklərin mübarizəsində isə Laura Molina və Haldee Oceda birincilik uğrunda yarışacaqlar.