Kişi basketbolçular arasında Avropanın ən nüfuzlu klub turniri olan Avroliqada 1/4 final mərhələsinin növbəti görüşləri keçiriləcək.

Metbuat.az-ın xəbərinə görə, bu gün iki qarşılaşma oynanılacaq. İlk olaraq "Olimpiakos" "Barselona" ilə üz-üzə gələcək. Daha sonra isə "Real" İstanbulda "Anadolu Efes"in qonağı olacaq.

22:00. "Olimpiakos" - "Barselona"

23:55. "Anadolu Efes" - "Real"