Avstraliyada yaşayan əkiz bacılar Lüsi və Anna Desinklər dünyada "Bir-birinə ən çox bənzəyən əkizlər" adlandırılıblar.
Onlar Yaponiyada yumoristik şounun qəhrəmanlarına çevriliblər.
Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, 28 yaşlı bacılar bir-birlərinə tam bənzəmək üçün çoxsaylı plastik cərrahiyyə əməliyyatlarına 250 min dollar xərcləyiblər.
Əslində, əməliyyatlara qədər də bacılar bir-birlərinə çox bənzəyirdilər. Lakin onlar maksimal bənzərliyə nail olmağa çalışıblar.
İndi iş o yerə çatıb ki, Lüsi və Anna arasındakı fərqləri hətta kompüter də ayrıd edə bilmir.
"Bəzi əməliyyatları bənzərliyimizi artırmaq yox, daha da gözəlləşmək üçün aparmışıq. Məsələn, sinəmisizin ölçülərini implantatlarla artırmışıq, dodaqlarımızı fillerlə böyütmüşük", - bir dəqiqə fərqlə doğulmuş bacılar deyiblər.
Onlar bir çarpayıda yatırlar və bir sevgilini bölüşürlər. Lüsi və Anna Avstraliyanın Perta şəhərindəki elektromexanik Ben Birnlə yaşayırlar.
"Əvvəllər hər birimizin öz sevgilisi vardı. Amma belə rahat deyildi. İndisə hər şey əladır. Mən, bacım və sevgilimiz Ben birlikdə yaşayırıq. Eyni zövqümüz var, təbii ki, eyni oğlanlardan xoşumuz gəlir", - Anna deyib.
Milli.Az













