Cari ilin birinci rübündə Gəncədə məhsul istehsalı 2,6 faiz artıb
Gəncə, 21 aprel, Sabir Əliyev, AZƏRTAC
Gəncədə 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hesabat məruzəsi ilə çıxış edib. Diqqətə çatdırılıb ki, cari ilin birinci rübündə iqtisadiyyatın müxtəlif sahələri üzrə yüksək göstəricilərə nail olunub. Dövlətimizin başçısının Gəncəyə olan diqqət və qayğısı sayəsində əvvəllər qazanılan uğurlar daha da genişləndirilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumdaxili məhsul istehsalı 2,6 faiz yüksələrək 159,7 milyon manata çatıb. Tikinti-quraşdırma işlərində istifadə olunan vəsaitin həcmi ümumi sərmayənin 92 faizini təşkil edib.
Bildirilib ki, hesabat dövründə Heydər Əliyev Park-Kompleksində əyləncə mərkəzinin və Qış parkının, həmçinin beynəlxalq standartlara cavab verəcək Gəncə Olimpiya Parkının tikintisinə başlanılması iştiqamətində işlər aparılıb, 1200 tamaşaçı tutumu olan Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası davam etdirilib. Gəncə Dövlət Filarmoniyasinin yeni binasının, eləcə də “Mətbuat evi”nin tikintisi başa çatdırılıb. Orta əsr qədim memarlıq incilərindən olan “İmamzadə” tarixi-memarlıq kompleksində təmir-bərpa işləri sürətləndirilib.
Diqqətə çatdırılıb ki, cari ilin birinci rübü bir çox yeniliklərlə yaddaqalan olub. Hacıkənd qəsəbəsində yenidənqurma işləri davam etdirilib, burada inşa olunan dördmərtəbəli mehmanxananın tikintisi intensivləşdirilib. Əziz Əliyev, Mehmandarov, Təbriz, Kimyaçılar və digər küçələr abadlaşdırılaraq yenidən qurulub. Şəhərin Gülüstan yaşayış massivində böyük şair Mirzə Şəfi Vazeh muzeyinin və mütəfəkkirin adını daşıyan parkın, Əziz Əliyev küçəsində onun adını daşıyan parkın, eləcə də Gəncəçayın sağ sahilində yeni istirahət zonasının salınması istiqamətində işlər davam etdirilib.
Yığıncaqda əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən işlərdən də danışılıb.
Sonda qarşıda duran vəzifələrlə bağlı qərar qəbul edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47