[ 21 Aprel 2015 14:38 ]


““Nabucco” layihəsi tamam unudulub”

Bakı. Ülkər Bəkirli - APA. “Avropa İttifaqı elə addımlar atmalıdır ki, tərəfdaşlarında onun etibarlılığına və səmimiyyətinə olan inam azalmasın. 7-8 il ərzində “Nabucco” ilə bağlı verilən təkliflər və aparılan danışıqlar isə bunu təsdiq etməyə imkan vermir”.

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz MəmmədovTwitter” səhifəsində yazıb.

 

N. Məmmədov artıq “Nabucco” layihəsinin tamam unudulduğunu qeyd edib : “Görəsən, Avropada belə məsələlərə əhəmiyyət verilir?”