Bakı, 21 aprel, AZƏRTAC
“Caspian Development Bank” AzeriCard prosessinq mərkəzinə qoşulub.
AZƏRTAC xəbər verir ki, hazırda AzeriCard şəbəkəsində 1,7 min bankomat, 30 minə yaxın POS-terminal və 2,5 milyon kart fəaliyyət göstərir. Qeyd edək ki, 31 bank AzeriCard xidmətindən istifadə edir.