Bakı, 21 aprel, Nihat Budaqov, AZƏRTAC
Avropa İttifaqı Trans-Anadolu qaz boru kəmərinin – TANAP-ın həyata keçirilməsində Türkiyəyə dəstəyini artıracaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç Anadolu informasiya agentliyinə müsahibəsində deyib. O bildirib ki, “Türkiyə enerji sahəsində tranzit ölkə kimi Avropa İttifaqının etibarlı tərəfdaşıdır və biz TANAP layihəsinin dəstəkləyicisi olaraq işlərimizi sürətləndirəcəyik”.