Pekin, 21 aprel, AZƏRTAC
Çinin Şansi əyalətində kömür mədənini su basması nəticəsində uçqun altında qalmış 7 şaxtaçının cəsədi tapılıb. Şaxtada qalan digər 17 nəfərin axtarışları davam edir. Axtarış-xilasetmə işlərinə 600-dən çox xilasedici cəlb olunub.
İki gün əvvəl baş vermiş hadisə zamanı mədəndə 247 nəfər işləyirmiş. Hadisədən dərhal sonra 223 şaxtaçı heç bir xəsarət olmadan mədəni tərk edə bilib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin