Övladlar analarını gözübağlı tanıya bilərlərmi? Çətin sualdır, çünki balacaların hissləri və intuisiyalarının hansı səviyyədə olduğu hələ də bəlli deyil.
Məşhur "Pandora" şirkəti bu suala cavab tapmağa çalışıb.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şirkətin keçirdiyi eksperimentə 6 ana və onların 6 övladı cəlb olunub.
Analar cərgə ilə durublar və balacalar növbə ilə, gözübağlı vəziyyətdə onlara yaxınlaşıblar.
 
Gözübağlı balacalar kiçik əllərini qarşılarında durmuş qadınlara toxundurub, saçlarını oxşayıb, sonra da qarşılarındakı qadınları qoxulayıblar.
Və onların hər biri öz anasını tapıb, tanıyıb, müəyyənləşdirib.
 
Əlini toxundurduğu əlin hərarəti, simanın cizgiləri, saçın qoxusu ilə.
 
ABŞ, Avstraliya və Britaniyada mayın 10-da qeyd olunacaq Analar Günü münasibətilə hazırlanmış bu video internetdə baxış rekordları vurmaqdadır.
 
Milli.Az