"Report"un verdiyi xəbərə görə, ödənişlər baş ofisdə kassada yığılan nağd vəsaitin məbləğindən və əmanətin həcmindən asılı olaraq dəyişir. Əhalinin əmanətlərini qaytararkən Bank hesablanan faiz gəlirlərini də nəzərə alır. Bildirək ki, Bankın əməkdaşlıq etdiri beynəlxalq ödəniş sistemlərinə borcu olduğundan, müştərilərə ödənişlər plastik kartlarla deyil, yalnız nağd şəkildə aparılır. Əmanətlərini almaq istəyən müştərilərin baş ofisdə siyahısı hazırlanıb və hər bir müştəriyə vəsait hissə-hissə verilir.
Xatırladaq ki, "Bank of Azerbaijan" artıq bir ilə yaxındır kreditləşməni və əmanətlərin qəbulunu dayandırıb.