Bakı, 21 aprel, AZƏRTAC
Diametri 530 millimetrlik “Digah-Bilgəh” orta təzyiqli qaz kəmərinin bir hissəsinin kipliyinin yoxlanılması məqsədilə bu gün saat 10-dan 15-dək Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.