Əslən polyak olan amerikalı aktrisa və model Emili O-Hara Ratakovski "Newcaste Brown Ale" pivəsinin yeni reklam kampaniyasının "sima"sıdır.
Londonda doğulmuş 24 yaşlı Emili model kimi çoxdan çalışsa da, 2013-cü ildə müğənni Robin Tikin "Blurred Lines" mahnısının klipinə topless çəkiləndən sonra məşhurlaşmışdı.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Emili Ratakovski "Andrew's Alteration", "A Year and a Day", "iCarly", "Gone Girl", "Entourage" və "We Are Your Friends" filmlərində çəkilib.
"Düşünürəm ki, qadın seksual olmaqla yanaşı, feminist də ola bilər. Qadının şəhvətli, erotik sessiyalara və ya rollara çəkilməsinin onun hüquqlarının pozulması olması barədə deyilənlərlə əsla razı deyiləm. Qadın öz gözəlliyini və istedadını nümayiş etdirməlidir", - E.Ratakovski deyib.
Milli.Az








