[ 21 Aprel 2015 09:38 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. Heydər Əliyev prospektinin əsas hissəsində gecə saat 02:00 radələrinə qədər işçi qüvvəsi və texnika səfərbər olunaraq son tamamlanma işləri başa çatdırılıb.
Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən məlumat verilib.
Təmir və abadlıq işləri həyata keçirilən əsas yolun istər gediş, istərsə də gəliş hissəsində bu gün səhər saatlarından nəqliyyatın hərəkəti təmin olunub.
Artıq nəqliyyat vasitələri fasiləsiz və maneəsiz hərəkət edə bilərlər.