Bakı. 21 aprel. REPORT.AZ/ "Neftin indiki qiyməti hasilatçılara, dünya bazarında sabitliyə zərər vurur".
"Report" İran KİV-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Venesuelanın xarici işlər naziri Delsi Rodrigerslə görüşdə bildirib.
"İxracatçı ölkələrin neft bazarında balans yaratmaq üçün göstərdiklər birgə səyi davam etdirəcəklərinə və neftin qiymətində tarazlığın, sabitliyin yaranaraq hamının ondan faydalanacağına ümid edirəm", - Ruhani deyib.
Görüşdə xanım Delsi Rodrigers iki ölkə arasında əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulayıb: "Venesuela üçün İran dost və strateji ortaqdır. Xalqımız və dövlətimiz həmişə İranın yanında olacaq".