Malidə naməlum silahlıların BMT sülhməramlılarının konvoyuna hücumu nəticəsində 1 nəfər ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Qao şəhərindən 30 km aralıda baş verib.

 

“Hücum nəticəsində sürücülərin biri öldürülüb, onun maşını isə yandırılıb”, BMT-nin məlumatında deyilir.

 

Qeyd edək ki, aprelin 17-də Malinin şimalında BMT konvoyu hücuma məruz qalmışdı, 2 nəfər ölmüş, 1 nəfər yaralanmışdı.