[ 21 Aprel 2015 00:18 ]



Bakı-APA. ABŞ-a məxsus iki hərbi qəmi Yəmən sahillərinə göndərilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yüksək rütbəli nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, gəmilər şiə üsyançılarına (husilər) İran tərəfindən mümkün silah ötürülməsinin qarşını almalıdırlar.

 

Qeyd edək ki, ABŞ İranı husilərə dəstək verməkdə ittiham edir.