"İnter"in baş məşqçisi Roberto Mançini sabiq komandası “Mançester Siti”də işləyərkən başına gələn hadisəni gündəmə gətirib. Fanat.az xəbər verir ki, italiyalı mütəxəssis "Mançester Siti"ni çempion edəndə müğənni Con Pol Qallaxer onun dodaqlarından öpdüyünü deyib:
“Mançester Siti”ni çempion edəndə Qallaxer ofisimə gəldi. Otağa daxil olan kimi məni qucaqlayıb sonra da dodaqlarımdan öpdü. Həmin anda fürsətim olmadı ki, müğənnini özümdən kənarlaşdırım. Qallaxerin bu hərəkətindən sonra xeyli vaxt özümə gələ bilmədim".
Fanat.az