Ali məktəb tələbələri Ombudsman Aparatında təcrübə keçirlər
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) siyasi idarəetmə və Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültələrinin dördüncü kurs tələbələri hazırda Azərbaycan Respublikası Ombudsman Aparatında istehsalat təcrübəsi keçirlər.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, təcrübə müddətində tələbələrə həm nəzəri, həm də praktiki dərslər keçiriləcək. Müvəkkil və aparatın məsul əməkdaşları insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, beynəlxalq və milli müdafiəsi mexanizmləri, Ombudsmanın elmi-analitik, informasiya təminatı və ictimaiyyətlə əlaqələr, beynəlxalq əlaqələr sahəsində fəaliyyəti, qaçqınların, məcburi köçkünlərin və miqrantların, ahılların, əlilliyi olan şəxslərin, uşaqların, hərbi qulluqçuların, məhkumların hüquqlarının müdafiəsi, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların müdafiəsi sahəsində fəaliyyəti və s. ilə bağlı mövzular üzrə mühazirələr oxuyacaqlar.
Elmi-tədqiqat təcrübəsi keçən tələbələr, həmçinin ərizəçilərin qəbulu və vətəndaşların şikayətlərinə baxılması prosesində iştirak edəcək, təsisatın insan hüquqları kitabxanasının fondundakı çox sayda hüquqi nəşrlərdən faydalanacaqlar.
Tələbələrlə ilk məşğələni Ombudsman, professor Elmira Süleymanova aparıb. O, ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının əsas müddəaları, bu mühüm sənədin implementasiyası, qanunvericiliyin təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi sahəsində görülmüş işlər haqqında ətraflı məlumat verib.
Müvəkkilin təşəbbüsü ilə BDU-da insan hüquqları fənninin tədris olunduğu, Ombudsmanın əməkdaşlarının DİA-da qısamüddətli ixtisasartırma kurslarına, yenidən hazırlanma və dövlət idarəçiliyi üzrə əlavə ali təhsilə cəlb edildiyi, Təhsil Nazirliyi ilə razılaşdırılmış qaydada uşaq hüquqları üzrə pilləli tədris proqramının ümumtəhsil məktəblərində uğurla həyata keçirildiyi bildirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47