AŞPA-nın monitorinq komitəsində münaqişələrlə bağlı alt komitənin yaradılması qərara alındı
Strasburq, 20 aprel, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qurumun monitorinq komitəsinin yığıncağında münaqişələrlə bağlı alt komitənin yaradılması qərara alınıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bununla əlaqədar AZƏRTAC-a müsahibəsində deyib: Bu gün çox sevinirəm ki, yaz sessiyasında büronun fəaliyyəti ilə bağlı müzakirələrdəki çıxışımın davamı kimi monitorinq komitəsi digər münaqişələrlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı alt komitənin yaradılmasını da qərara aldı. Bu, o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsi daim müzakirə olunacaq.
Ermənistan tərəfi həmişə olduğu kimi, yenə Dağlıq Qarabağ münaqişəsini ört-basdır etməyə, onun müzakirə olunmamasına səy göstərsə də, bu, nəticəsiz qaldı. Məsələ səs qoyularkən komitə üzvlərinin əksəriyyəti, - əlbəttə Ermənistan nümayəndəsi istisna olmaqla, - münaqişələrlə bağlı alt komitənin yaradılmasının lehinə səs verdi.
Mən əvvəllər belə bir alt komitənin yaradılmasının vacibliyini çıxışılarımda dəfələrlə səsləndirmişdim. Amma monitorinq komitəsi bu dəfə məsələni kəskin şəkildə qoydu və Avropa Şurasına üzv ölkələr arasında münaqişələrin həlli ilə bağlı alt komitənin yaradılması haqda qərar çıxardı. Bu, ona görə önəmlidir ki, münaqişələr arasında uzun müddətdir həllini tapmayanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35