General-mayor Hüseyn Dehqan: İran Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanla görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, H.Dehqanın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman övladlarımızın məzarlarını ziyarət ediblər.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib.
Hər iki ölkənin dövlət bayraqları qaldırılıb, qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovulun rəisi raport verdikdən sonra dövlət himnləri səsləndirilib. General-mayor H.Dehqan Şərəf kitabını imzalayıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə görüşündə müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan və İranın münasibətlərində qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib. Müdafiə naziri iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri, qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb.
Z.Həsənov bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktını, bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın problemini, o cümlədən münaqişənin regional sabitliyə ciddi təhlükə yaratdığını diqqətə çatdırıb.
H.Dehqan dövlətlərimizin əlaqələrinin qədim tarixə, mehriban dostluq ənənələrinə əsaslandığını, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhlükəsizlik və hərbi sahədə böyük əməkdaşlıq potensialının olduğunu vurğulayaraq İranın Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.
Sonra Azərbaycan və İran Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və müdafiə sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin iştirak edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47