Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
Strasburq, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası öz işinə başlayıb.
AŞPA-nın qış sessiyasından ötən dövrdə dünyada baş verən hadisələrdən danışan qurumun sədri Ann Brasör diqqəti Aralıq dənizində baş verən son faciələrə, Ukraynada yaranmış vəziyyətə, demokratik təsisatların fəaliyyətinə cəlb edib.
Sonra Ann Brasör yaz sessiyasında müzakirə olunacaq məsələlərdən söhbət açıb.
Daha sonra avropalı deputatlar sessiyanın gündəliyini təsdiq ediblər.
Sessiyanın ilk günü Yunanıstandan və Bosniya və Herseqovinadan AŞPA sədrinin müavinləri seçilib.
Sonda büronun fəaliyyəti ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib: “AŞPA bütün strukturlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Azərbaycanın qaçqın və məcburi köçkün problemini, torpaqlarımızın işğal altında qalması məsələsini daim nəzarətdə saxlamalıdır. AŞPA-nın yaz sessiyası çərçivəsində keçirilən büro iclasında müxtəlif münaqişələr, o cümlədən Ukrayna, Gürcüstan və Rusiya arasında münasibətlər müzakirə olundu. Biz çox istərdik ki, xüsusi bir məslə kimi bu problem daim müzakirə olunsun. Çünki Ermənistan tərəfindən Azərbaycana qarşı hər gün təxribatlar törədilir. Bu təxribatlar ona görə baş verir ki, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmir. Baxmayaraq ki, Ermənistan əsgərləri və vətəndaşları bu münaqişədən artıq beziblər”. S.Seyidov buna əyani sübut kimi könüllü şəkildə Azərbaycan tərəfinə keçən erməni əsgərin şəklini nümayiş etdirib. Bildirib ki, erməni hərbçisi ölmək istəmədiyinə görə Azərbaycan tərəfinə keçdiyini və yaşamaq istədiyini bəyan edib. Bu, bir daha sübut edir ki, erməni əsgərləri Azərbaycana məxsus torpaqlarda vuruşmaqdan usanıblar. Münaqişənin aradan qaldırılmasının yeganə yolu ermənilərin onlara aid olmayan ərazilərdən geri çəkilmələridir.
Deputat Qənirə Paşayeva çıxış edərək deyib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkənin tanımadığı və Ermənistanın dəstəklədiyi rejim tərəfindən bir neçə ay əvvəl girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normalar pozularaq insanlıqdan kənar əməllər həyata keçirilib. Bu günə qədər bütün beynəlxalq çağırışlara, o cümlədən AŞPA-da bir sıra həmkarlarımız tərəfindən bu məsələ ilə əlaqədar səsləndirilən fikirlərə baxmayaraq, ötən sessiyadan keçən müddətdə heç bir dəyişiklik baş verməyib və o insanlar hələ də girov saxlanılırlar. Onların azadlığa çıxması üçün təşkilatımız səylərini daha da artırmalıdır.
Q.Paşayeva Ermənistanın hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam etməsindən danışaraq Avropa Şurasını sərt addımlar atmağa çağırıb. O deyib: “Mən həmkarlarımın diqqətinə ötən sessiyadan keçən müddətdə Cənubi Qafqaz bölgəsində baş verən bəzi vacib məsələləri çatdırmaq istəyirəm və Assambleyanı təcili addımlar atmağa çağırıram. Azərbaycan və Ermənistan Avropa Şurasına daxil olan zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üzərlərinə öhdəlik götürüblər. Neçə illər keçməsinə baxmayaraq heç bir nəticə yoxdur. Nəticənin əldə olunmamasının səbəbi isə Ermənistanın Asambleyanın qəbul etdiyi 1416 saylı qətnaməni uzun illərdir ki, yerinə yetirməkdən imtina etməsidir. Məhz bunun nəticəsində də bölgədə vəziyyət getdikcə daha da gərginləşir. Mən sizin diqqətinizə son günlər bölgədə baş verən bəzi hadisələri çatdırmaq istəyirəm və Assambleyanı onlara ciddi diqqət yetirməyə çağırıram. Bir neçə gün əvvəl Ermənistanın atəşkəs rejimini yenidən pozaraq mülkü insanları snayperlərlə hədəfə alması nəticəsində mənim deputat olaraq təmsil etdiyim bölgədə bir neçə mülkü vətəndaş öz evində, öz həyətində yaralandı. Avropa Şurası bu məsələyə laqeyd yanaşmamalıdır. Əgər Avropa Şurası vaxtında Ermənistana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəliklərin,1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində ciddi təzyiqlər etsəydi, bəlkə də bu günə qədər yüzlərlə mülkü insan öz həyatını itirməyəcəkdi. Ona görə də bu mövzuya diqqət ayrılmalı, bununla bağlı müzakirələr aparılmalıdır. Öz evinə dönə bilməyən və insan haqları işğalçı Ermənistan tərəfindən 23 ildir tapdanmaqda davam edən yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün sizdən bunu gözləyir və sizi buna çağırır”.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47