Bakıda avtodayanacaqda baş verən yanğınla bağlı rəsmi məlumat yayılıb.

ANS PRESS-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.
Mənbə
ANS PRESS