Mingəçevirdə “Azərsu” ASC-yə məxsus obyektdə yanğın olub.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Mingəçevir şəhərində “Azərsu” ASC-yə məxsus ümumi sahəsi 2 kv.m olan taxta konstruksiyalardan ibarət fəhlələrin soyunub-geyinmə otağı yanıb.

Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 15:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə
ANS PRESS