Akademik Zərifə Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib
Bakı, 20 aprel, Elvira Məmmədova, AZƏRTAC
Aprelin 20-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə əklil qoyulub.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev tədbirdə görkəmli alim, gözəl insan, qayğıkeş ana, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib. Alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrindən olub.
YAP Səbail rayon təşkilatının qadınlar şurasının sədri Təranə Kərimova, YAP Qadınlar Şurası idarə heyətinin üzvü, SEBA Koreya-Azərbaycan Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva, professor Paşa Qəlbinur, əməkdar jurnalist Flora Xəlilzadə xalqımızın vətənpərvər övladı Zərifə xanım Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edilib ki, görkəmli alim bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək bir insan idi. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı olub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47