Dövlətimizin sürətli inkişafında varislik, novatorluq və dinamizm amillərinin rolu müzakirə olunub
Bakı, 20 aprel, AZƏRTAC
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2015-ci il elmi iş planı”na əsasən, Hərbi Akademiyada “Azərbaycan Respublikası inkişafın yeni mərhələsində: varislik, novatorluq və dinamizm” mövzusunda elmi seminar keçirilib.
Seminarda Müdafiə Nazirliyinin nümayəndələri, eləcə də Akademiyanın professor-müəllim heyəti və dinləyiciləri iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda Hərbi Akademiyanın Adyunktura və elm şöbəsinin rəisi, professor, polkovnik Elşən Həşimov çıxış edib.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov məruzəsində ölkəmizin müasir inkişaf dövrünün geniş təhlilini apararaq, dövlətimizin sürətli inkişafında varislik, novatorluq və dinamizm amillərinin rolunu ətraflı şərh edib. Heydər Əliyev siyasətinin üç amilinin bu varislik prinsiplərində yaşadığını qeyd edən E.Nəsirov Ulu Öndərin ən müdrik addımlarından birinin “Əsrin müqaviləsi”nin imzalanması olduğunu bildirib. O, çıxışında ulu öndər Heydər Əliyevin ölkəmizdə müasir müstəqil dövlət quruculuğu ilə yanaşı, dövlət idarəçilik təliminin də əsasını qoyduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan mədəniyyətini, adət-ənənələrini, azərbaycançılığı xarakterizə edən dəyərlər, onların sistemləşdirilmiş idarəçiliyin əsasında dayanması, novatorluq, dinamizm ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik təlimini xarakterizə edən əsas amillərdir. Dövlətimizin başçısı İlham Əliyev fəaliyyəti ilə daim Heydər Əliyev siyasətinə varisliyini nümayiş etdirir. Məhz bu varislik nəticəsində Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır, inkişaf etdirilir və uğurlar qazanır.
Professor E.Nəsirov Azərbaycanın müasir xarici siyasətini də şərh edərək Qafqaz regionunda və ümumilikdə dünyada gedən siyasi proseslərə aydınlıq gətirib.
Elmi seminarda məruzə ətrafında müzakirələr aparılıb və dinləyicilərin sualları cavablandırılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47