Bakı, 20 aprel, AZƏRTAC
Uitni Hyustonun qızı Bobbi Kristina Braun komadan çıxıb. Bu barədə Amerika KİV-ləri 22 yaşlı qızın atası – müğənni Bobbi Brauna istinadla məlumat yayıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, müğənni Dallasdakı konsertində Bobbinın ayıldığını və onun hərəkətlərini izlədiyini bildirib. Qızın digər qohumları hələ ki, bu informasiyanı təsdiqləməyiblər.
Qeyd edək ki, məşhur müğənninin qızı bir müddət əvvəl huşunu itirmiş vəziyyətdə tapılmışdı. Bundan sonra həkimlər onu beynindəki şiş səbəbi ilə süni koma vəziyyətinə salmışdılar. Martın axırlarında isə Bobbinin reabilitasiya mərkəzinə keçirildiyi barədə xəbərlər yayılmışdı.