Atəşgahdan Naxçıvana, oradan da Bakıya...

İyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunları məşəl səyahətinin marşrutu tam müəyyənləşib.

 

Apasport.az saytının məlumatına görə, aprelin 26-da Atəşgah Məbədində alovlandırılacaq məşəl 48 gün ölkə ərazisində gəzintidə olacaq.

 

Bakı-2015-in mərasimlər üzrə direktoru Katerina Uqvu bildirib ki, Alov səyahəti Avropa Oyunlarına gedən yolda yüksək əhval-ruhiyyənin və marağın yaranmasına səbəb olacaq. Səyahət bundan sonra baş verəcək hadisələrin gedişatını müəyyən edəcək.

 

Onun sözlərinə görə, səyahət zamanı ümumilikdə 1000-dən çox məşəlçi iştirak edəcək. Məşəl yer üzərində avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq.

 

Azərbaycan mədəniyyətinin simvolu olan məşəlin ilk səfəri Naxçıvana olacaq. Azərbaycanın ecazkar təbiətinin, zəngin mədəniyyətinin və tarixi irsinin təbliğ olunacağı təntənəli mərasimlərlə müşayiət olunacaq alov, ölkə boyunca 60 rayonu səyahət edərək Oyunların ruhunu yayacaq və insanların qəlblərini isidəcək.

 

Uqvunun sözlərinə görə, məşəl Azərbaycan xalqının 99 faizinin bir saatlıq gəzintiyə sərf etdiyi vaxt qədər səyahət edəcək və marşrut boyunca minlərlə insanın gündəlik tədbirlərə qatılacağı gözlənilir.

 

Alov iyunun 12-də təşkil olunacaq açılış mərasiminədək təxminən 5500 km məsafəni səyahət edəcək. 15 şəhər mərkəzində Alov festivalı da təşkil olunacaq.

 

Qeyd edək ki, “Yarat”ın bədii rəhbərliyi ilə Sebastian Berqnenin dizayn etdiyi Bakı-2015-in məşəl və çırağını ənənəvi Azərbaycan metal işləmələrindən ilhamlanmış materiallar və texnikaların istifadə edilməsi ilə işlənib və hazırlanıb. 660 mm hündürlüyü olan məşəlin gövdəsi yarışın brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadı. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

 

Alov hər məntəqədə Məşəl və Oyunların brendindən götürülmüş, nar ağacı motivləri əsasında Azərbaycanın milli-mədəni dəyərlərini əks etdirərək hazırlanmış neftlə yanan çıraqlara ötürüləcək.

 

Xəritə istinadı

Tarix

Məkan

Tədbir

1

26 aprel

Atəşgah Məbədi

Alovun yandırılması

2

27 aprel

Naxçıvan

Alov festivalı

3

29 aprel

Lənkəran

Alov festivalı

4

1 may

Lerik

Qarşılama mərasimi

5

 

Astara

Qarşılama mərasimi

6

2 may

Yardımlı

Qarşılama mərasimi

7

 

Masallı

Qarşılama mərasimi

8

3 may

Biləsuvar

Qarşılama mərasimi

9

 

Cəlilabad

Alov festivalı

10

4 may

Salyan

Qarşılama mərasimi

11

 

Neftçala

Qarşılama mərasimi

12

5 may

Şirvan

Qarşılama mərasimi

13

 

Hacıqabul

Qarşılama mərasimi

14

6 may

Saatlı

Qarşılama mərasimi

15

 

Sabirabad

Alov festivalı

16

7 may

İmişli

Qarşılama mərasimi

17

 

Horadiz,Füzuli

Alov festivalı

18

9 may

Beyləqan

Qarşılama mərasimi

19

 

YeniXocavənd, Beyləqan

Qarşılama mərasimi

20

10 may

Ağcabədi

Qarşılama mərasimi

21

 

Quzanlı kəndi. Ağdam

Alov festivalı

22

12 may

Zərdab

Qarşılama mərasimi

23

Müəllif Metbuat.az
Qaynar xətt 0552252950
Salahın meneceri Türkiyədə:
Həmçinin oxu

Salahın meneceri Türkiyədə: Bu kluba keçir

news.lent.az

DİGƏR XƏBƏRLƏR

Daha çox »