"Bavariya"nın yarımmüdafiəçisi Bastian Şvanştayger komanda ilə birgə məşqlərə başlayıb.

Metbuat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, belə olan halda, alman futbolçunu sabah "Porto" ilə oynanılacaq matçda meydanda görə bilərik. Pep Qvardiola bunun mümkün olduğunu bildirib:

"Bastian Şvanştayger yenidən komanda ilə birgə məşq edir. Bu, yaxşı xəbərdi. Sabah meydana çıxa bilər".

"Bavariya" - "Porto" matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.