Bakı, 20 aprel, AZƏRTAC
Qazaxıstanın Jambıl vilayətində baş verən ağır yol nəqliyyat hadisəsi zamanı aralarında üç azyaşlı uşağın da olduğu 15 nəfər həyatını itirib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, qəza Alma-Atı – Yekaterinburq avtomagistralının 487-ci kilometrliyində baş verib. “Qazel” markalı yük maşını salonunda 19 nəfərin olduğu Mercedes-Benz mikroavtobusu ilə toqquşduqdan sonra hər iki avtomobil yanmağa başlayıb. Həlak olanların 14-nün Qırğızıstan vətəndaşı olduğu bildirilir.