Barselonada universitetlərin birində yeniyetmənin arbaletdən (tatar yayı) istifadə etməsi faciə ilə sonuclanıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
 
Polis şübhəli bilinən yeniyetməni həbs edib.
 
Hadisə zamanı yaralanan şəxslərdən biri universitetin professorudur.

Milli.Az