[ 20 Aprel 2015 14:34 ]
“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, cəmiyyətin sədri Cavid Qurbanov dəymir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında məlumat verib, Azərbaycan dəmiryolçularının belaruslu həmkarları ilə əlaqələrin genişləndirilməsinə həmişə yüksək önəm verdiyini deyib.
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç dəmir yolu nəqliyyatı və daşımalar sahəsində Belarus-Azərbaycan əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri haqqında danışıb. "BelAz" holdinqinin direktoru Petr Parxomçik çıxış edərək şirkətin tərkibində fəaliyyət göstərən Magilyov zavodunda istehsal olunan 9 növ dəmir yolu vaqonunu “Azərbaycan Dəmir Yolları” QSC-yə təklif edib.
Görüşdə İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.