Ağstafa, 20 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının və Ağstafa Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan mini futbol üzrə rayon çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndərin həyat və fəaliyyətindən geniş bəhs olunub.
İdarə, müəssisə və təşkilat komandaları arasında keçirilən çempionatın final oyunu mayın 10-da olacaq.

