“Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib
Bakı, 20 aprel, Xalid Məmmədov, AZƏRTAC
Aprelin 20-də Milli Məclisin insan hüquqları komitəsinin iclasında “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, komitə sədri Rəbiyyət Aslanova Milli Məclisin plenar iclasında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərin nəzərə alındığını və layihənin daha da təkmilləşdirildiyini deyib. O bildirib ki, 1997-ci ildə qəbul olunmuş “Vətəndaşların müraciət qaydaları haqqında” Qanun tamamilə yenidən işlənib və təkmilləşdirilib.
Qeyd edilib ki, bu Qanun Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. On yeddi maddədən ibarət layihədə vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri, müraciətlərə baxılma müddəti, vətəndaşların qəbul edilməsi qaydası və digər məsələlər əksini tapır. Hər bir maddədə vətəndaşların konstitusion hüquqlarının qorunması tələb olunur. Burada vətəndaşların müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyən, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyənləşdirən 10-dan çox müraciət forması var. Layihədə qeyd olunub ki, bu qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.
İclasda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, deputatlar çıxış edərək bildiriblər ki, bu gün ölkədə gedən sürətli inkişaf prosesləri vətəndaşla dövlət arasında daha səmərəli münasibətlərin yaranması üçün yeni qanun layihəsinin hazırlanaraq qəbulunu zəruri edib. Yeni layihənin əhatə dairəsi mövcud qanundan xeyli genişdir.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47