Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov Dubayda keçirilən “Global Fighting Championship 3” turnirinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, 31 yaşlı idmançımız ardıcıl iki görüşdə qalib gəlməklə yarışın fəxri mükafatına sahib olub.
Qaydalara əsasən, 4 idmançının təmsil olunduğu turnirdə qaliblər finalda əsas mükafat uğrunda yarışıblar. Yarımfinalda şotlandiyalı Stiv Makkinnonu üstələyən idmançımız finala adlayıb. Həlledici mərhələdə Z.Səmədov Konqo-Almaniya əsilli Danyo İlunqa ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qalib gələn Z.Səmədov “Global Fighting Championship 3” turnirinin qalibi olub.